• USD 1,7000 0,00% EUR 1,9876 +0,48%
    • GBP 2,2363 +0,55% RUB 0,0249 -0,40%

Federika Moqerini cəbhədə yaranmış gərginliklə bağlı bəyanat yayıb

  • Nida.az
  • 3 Aprel 2016 07:05
  • 598 Baxış
Federika Moqerini cəbhədə yaranmış gərginliklə bağlı bəyanat yayıb

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini aprelin 2-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrlə bağlı bəyanatla çıxış edib.

Avropa İttifaqının rəsmi saytında yerləşdirilən bəyanatda xanım Federika Moqerini qoşunların təmas xəttində yaranmış gərginlikdən narahatlığını bildirib.

“Tərəfləri dərhal döyüşə son qoymağa və atəşkəsə riayət etməyə çağırıram. Tərəflər təmkinli olmalı və gərginliyin artmasına səbəb ola biləcək hərəkət və bəyanatlardan çəkinməlidir”, - deyə F.Moqerini bildirib.

Avropa İttifaqının rəsmisi atəşkəsin pozulması nəticəsində insan itkisi faktının qurumu çox narahat etdiyini bəyan edib.

O deyib: “Biz ümid edirik ki, tərəflər atəşkəsə ciddi surətdə əməl edəcəklər, güc tətbiqindən çəkinəcəklər və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcəklər”.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>