• USD 1,7000 0,00% EUR 1,9848 -0,14%
    • GBP 2,2354 -0,04% RUB 0,0253 +1,58%

Fransalı senator erməni təcavüzünü pislədi

  • Nida.az
  • 3 Aprel 2016 11:16
  • 567 Baxış
Fransalı senator erməni təcavüzünü pislədi

Fransalı senator Natali Qule Azərbaycana qarşı erməni təcavüzünü pisləyərək BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsinə çağırıb.

Publika.az xəbər verir ki, Natali Qule bu haqda Trend-ə açıqlama verib: "Mən erməni təxribatlarını qətiyyətlə pisləyirəm və münaqişəyə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin kifayət qədər diqqət yetirmədiyinə görə çox təssüflənirəm".

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi barəsində istifadə edilən "dondurulmuş münaqişə" termini, status-kvonun saxlanılmasının səbəbidir.

Senator birdirib ki, əslində dondurulmuş münaqişənin dondurulmuş həlli olur: "Azərbaycan xalqına sözsüz güclü dəstək kimi, mən BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirləməsini çağırıram və Azərbaycana qarşı erməni təcavüzü pislənməlidir".

Neçə illərdir sürən işğaldan sonra münaqişənin həll olunması vaxtı çatıb, çünki dünyaya Cənubi Qafqazda yeni hərbi əməliyyatlar teatrı lazım deyil, senator bildirib.

"Biz bütün əlaqədar tərəfləri ədalətli həlli tapmağa cəlb edə bilərik və Dağlıq Qarabağı erməni işğalından qurtarmağa kömək edə bilərik", - Qule qeyd edib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>