PA rəsmisi: Prezident İlham Əliyevin ABŞ-a səfəri tarixi bir səfər oldu
Bizi izləyin

Nida.az

PA rəsmisi: Prezident İlham Əliyevin ABŞ-a səfəri tarixi bir səfər oldu

“Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-da Nüvə Təhlükəsizliyi Sammitinə səfəri sanki Azərbaycan-ABŞ arasında ikiərəfli əməkdaşlıq səfərinə çevrildi. Bu, tarixi bir səfər oldu”.

Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AzTv-ə müsahibəsində deyib.

N.Məmmədov bildirib ki, orada ABŞ rəhbərlərinin əsas diqqəti Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərə həsr olunmuşdu.

PA rəsmisi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ-ın vitse-prezidenti Co Bayden, Dövlət Katibi Con Kerri arasında ayrılıqda görüşlər keçirildi, o cümlədən Prezident İlham Əliyev ABŞ-ın digər mühüm fiqurları, konqresmenləri və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirdi.

N.Məmmədov bildirib ki, Ermənistan rəhbərliyi bunu izləyirdilər, görürdülər: “Ermənistan tərəfi də bundan həddən artıq böyük narahatlıq keçirirdilər”.

N.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin ABŞ-da görüşlərindən narahat olan ermənilər cəbhədə təxribatlara əl atırlar: “Amma düşünürəm ki, bu bizim üçün “…. bir karvan keçər” atalar misalıdır. Azərbaycan öz xarici siyasətində də, daxili siyasətində də müstəqil bir dövlət kimi öz maraqlarını qorumağı bacarır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm