Nida.az
Cəbhədə GƏRGİNLİK: səhər saatlarından döyüşlər yenidən başladı (YENİLƏNİB)
Cəbhə bölgəsində düşmənlə təmas xəttində vəziyyət yenidən gərginləşib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat verib.
Qurum rəsmisi bildirib ki, dünən gecə saatlarında təmas xəttində vəziyyət yenidən gərginləşib. Bu gün səhər vəziyyət nisbətən sabitləşsə də, düşmən tərəf yenidən ağır artilleriyalardan cəbhə boyu mövqelərimizi, xüsusən də Ağdərə, Xocavənd, Ağdam və Tərtər rayonlarındakı yaşayış məntəqələrini atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab atəşi endirir.
Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə
boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən
intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında
ölən və yaralananlar olub.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.
***
"Füzuli və Xocavənd istiqamətində vəziyyət nisbətən stabildir".
Bunu "Report"a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
O bildirib ki, Ağdərə və Tərtər istiqamətində isə vəziyyət gərgin olaraq qalır.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL