İƏT-dən Ermənistana ÇAĞIRIŞ: “Azərbaycan torpaqlarından dərhal çəkilin”
Bizi izləyin

Nida.az

İƏT-dən Ermənistana ÇAĞIRIŞ: “Azərbaycan torpaqlarından dərhal çəkilin”

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycanla təmas xəttində törətdiyi təxribatları pisləyən bəyanat verib.

Publika.az xəbər verir ki, baş katib Dağlıq Qarabağ bölgəsində erməni silahlıların törətdiyi təxribatları təəssüf hissi ilə qarşıladığını bəyan edib.

İyad bin Amin Mədəni yazılı açıqlamasında bildirib ki, son hadisələr Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğalda saxlaması amilindən qaynaqlanır: “Biz Azərbaycana qarşı erməni işğalının davam etməsindən narahatıq. Erməni ordusu Dağlıq Qarabağ və Azərbaycanın digər işğal edilən ərazilərindən dərhal və şərtsiz geri çəkilməlidir. Bu beynəlxalq hüquq normalarının tələbidir. Beynəlxalq hüququn tələblərinə görə də erməni ordusu işğal etdiyi torpaqlardan geri çəkilməli və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları başlanmalıdır. Biz Ermənistanı bu tələbləri icra etməyə çağırırıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm