Beynəlxalq hüquq Qarabağda bizə bunları etməyə icazə verir - KONVENSİYALAR
Bizi izləyin

Nida.az

Beynəlxalq hüquq Qarabağda bizə bunları etməyə icazə verir - KONVENSİYALAR

“Ermənistan mediası işğal olunmuş Azərbaycan ərazilərində son toqquşmalar zamanı həlak olmuş bəzi mülkü şəxslərin fotolarını yayır. Biz mülki şəxslərin həlak olması ilə bağlı başsağlığı veririk, lakin silahlı toqquşmalar zamanı onları həlak olması beynəlxalq hüququn pozulması halı deyil. Məsuliyyəti isə işğalçı tərəf daşıyır”.


Publika.az xəbər verir ki, bu barədə beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev deyib.


Onun sözlərinə görə, bunu 1899-cu il Haaqa konvensiyası (maddə 24, 25, 26), 1907-ci ilin dördüncü konvensiyası (maddə 23, 36) və 1949-cu ilin Cenevrə konvensiyası (m. 49) olmaqla üç konvensiyaya aid etmək olar: “Cenevrə konvensiyası, maddə 49: işğalçı dövlətin həmin ərazidə öz əhalisini yerləşdirmək hüququ yoxdur. Azərbaycan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, bu gün Ermənistanın işğalı altında olan ərazilərdə hərbi əməliyyatlar aparır. Bu ərazilərdə tarix boyu azərbaycanlılar yaşayıb. İşğal faktı İnsan hüquqları üzrə Avropa məhkəməsinin “Çıraqovlar Ermənistana qarşı” qərarında təsdiq olunur. – “Çıraqovla Ermənistana qarşı”.

1907-ci il konvensiyası, maddə 40: Azərbaycanla Ermənistan arasındakı atəşkəs bitdiyi üçün tərəflər xəbərdarlıq etdikdən sonra hərbi əməliyyatlara başlaya bilər. Bu cür xəbərdarlıq Azərbaycan tərəfindən dəfələrlə verilib: əgər işğal olunmuş ərazilər boşaldılmasa, biz özünümüdafiə hüququndan istifadə edəcəyik. Sülh müqaviləsi imzalanmadığı üçün Ermənistan əhalisi sözügedən ərazidə məskunlaşmamalı idi. Hərbi sursat və mərmilərin maddi dəyərini nəzərə alsaq, mülki əhalinin bilərəkdən hədəfə alınması məqsədəuyğun deyil”.


Ekspert qeyd edib ki, Haaqa konvensiyası hərbi qarşıdurmalar zamanı yaşayış məntəqələrinə bombaların atılmasına icazə verir: “Bu erməni tərəfinin məsuliyyətidir ki, onlar öz hərbiçilərini mülki əhalinin ətrafında yerləşdirirlər. BMT nizamnaməsinin 61-i maddəsində, həmçinin, BMT Təhlükəsizlik Şurasının 1974-cü il bəyannaməsində işğalçının müəyyənləşdirilməsi barədə maddələrə əsasən, Avropa Şurasının 2016-cı ilin yanvarında qəbul olunmuş bəyannamədə göstərildiyi kimi, Azərbaycan erməni işğalçı qüvvələrinin DQMV-ə aid olmayan torpaqlardan çıxarılmasında və güc tətbiq etməsində haqlıdır. Bu, BMT nizamnaməsinin 51-ci maddəsinə, eləcə də Haaqa və Cenevrə konvensiyalarına uyğundur”.


Daha sonra F. Mehdiyev beynəlxalq təcrübədə müharibə qanunları (jus in bello) haqda da danışıb:


“1. Düşmən əsgəri təslim olmadığı, ya da əsir alınmadığı müddətdə istədiyiniz an və istənilən yerdə öldürülə bilər. Döyüşdə, yatanda, yemək yeyəndə. Həmin vaxt əlində silahın olması vacib deyil. Yandırmaqla, yaxud əzab verməklə öldürmək olmaz. Bu cinayətdir.
2. Əsir düşmüş, ya da təslim olmuş düşmən əsgərinə işgəncə vermək, döymək olmaz. Yaradılırsa, müalicə olunmalıdır. “Müharibə əsiri” xüsusi bir statusdur.

3. Mülki əhaliyə qarşı zorakılıq qadağandır.

4. Mülki əhali əlinə silah alaraq sizə qarşı döyüşürsə, “Combatant” (döyüşçü) statusuna daxil olur. Öldürülə və əsir alına bilər.

5. Düşmənə məxsus mülkiyyət müsadirə oluna, dağıdıla bilər. Mülki şəxslərin mülkiyyəti toxunulmazdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm