Rusiya kanallarına müsahibə verməyin – TƏXRİBATIN VİDEOSU
Bizi izləyin

Nida.az

Rusiya kanallarına müsahibə verməyin – TƏXRİBATIN VİDEOSU

Rusiyanın “Lifenews” telekanalı Azərbaycana qarşı növbəti təxribata yol verib.

Publika.az xəbər verir ki, Tərtərdən reportaj hazırlayan kanal əhalinin rayon çıxışında toplaşdığını, onların evlərində deyil, ermənilərin hücumuna görə öz şəxsi avtomobillərində gecələdiyini iddia edib. Daha sonra sakinlərdən birindən müsahibə alan telekanal onun sözlərini rus dilinə tamam başqa variantda tərcümə edib.

Sakinin sözləri: “Düşmən bizim torpağımız işğal edib. Müharibə şəraitindəyik. Hər gün atırlar qarşı tərəfdən. Şəhidimiz var, onun dəfnindən gəlirik”.

Telekanalın tərcüməsi: “Biz burda bir neçə ailəyik. Küçə qonşularımız buradadır. Axşama yaxın burada daha çox maşın olacaq. Bizə müharibə lazım deyil. Hər gün atışma olur”.

Buna nə ad verəsən? 5-10 avtomobilin park olunduğu dayanacaqdan reportaj hazırlayan jurnalist inandırmağa çalışır ki, insanlar maşınlarında gecələyir və evlərinə qayıtmağa qorxur. Ancaq kadrlardan da göründüyü kimi, maşınların çoxunun içi boşdur. Telekanal avtopark kimi istifadə olunan bir ərazini azərbaycanlıların ermənilərdən qaçaraq toplaşdığı məkan kimi verirsə, buna bir ad vermək olar – “Lifenews” kanalı yenə öz ampluasındadır.

Qeyd edək ki, cəbhə xəttində vəziyyət gərginləşəndən bu yana hər gün Rusiya kanalları və informasiya saytları Azərbaycanla bağlı dezinformasiya verməkdə, erməni mövqeyini işıqlandırmaqda davam edir.

RUSİYA KANALLARINA MÜSAHİBƏ VERMƏYİN!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm