“Gürcü milli legionu”: “Azərbaycan üçün vuruşmağa hazırıq”
Bizi izləyin

Nida.az

“Gürcü milli legionu”: “Azərbaycan üçün vuruşmağa hazırıq”

“Gürcü milli legionu” Azərbaycanın xalqına dəstək olaraq özünün yüksək ixtisaslı zabitlərin bir hissəsini Qarabağ münaqişə zonasına göndərməyə hazırdır”.

Publika.az xəbər verir ki, bu barədə legionun komandiri Mamuka Mamulaşvili sosial şəbəkədəki səhifəsində yazıb.

“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”, - gürcü komandir qeyd edib.

Qeyd edək ki, Ukrayna silahlı birləşmələrinin tərkibində xidmət etməyə icazə verən qanunun qəbulundan sonra Mamulaşvili terrorçuluğa qarşı əməliyyatların iştirakçısı kimi Ukrayna hərbi biletini alan ilk əcnəbilərdən olub. Gürcü legionerləri Ukrayna Silahlı qüvvələrində xidmət barədə müqavilə imzalayıblar. Legion “Kiyev Rusiyası” 25-ci motoatıcı piyada batalyonunun tərkibinə daxil olub. Legionun nümayəndələri Donbasda aparılan hərbi əməliyyatlarda 2014-cü ildən iştirak edir.

Ukrayna KİV-inə əsasən, qanuniləşməyə qədər gürcü legionu Luqansk vilayətində 20 nəfərlik kiçik diversiya-kəşfiyyat qrupunu təşkil edirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm