Sabiq baş nazirdən Azərbaycana dəstək: "Biz sizinləyik"
Bizi izləyin

Nida.az

Sabiq baş nazirdən Azərbaycana dəstək: "Biz sizinləyik"

Bosniya və Herseqovinanın sabiq Baş nazirindən Azərbaycana dəstək ifadə olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, Bosniya və Herseqovinanın “Müştərək cəmiyyətlər və dəyərlər” Fondunun rəsmi tvitter səhifəsində Azərbaycana dəstək ifadə olunub.

Azərbaycanın dövlət bayrağının əks olduğu şəklin üzərində “Biz sizinləyik” yazısı və Azərbaycanda sülhə dəstək həştaqı (#peace #support #Azerbaijan) paylaşılıb.

Qeyd edək ki, Bosniya və Herseqovinanın “Müştərək cəmiyyətlər və dəyərlər” Fondu 2014-cü ildə Sarayevoda Bosniya Herseqovinan sabiq Baş naziri Zlatko Lagumdzija tərəfindən təsis olunmuş qeyri-hökumət təşkilatıdır.

Bosniya və Herseqovinan sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Zlatko Lagumdzija cari ildə 10-11 mart tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş IV Qlobal Bakı Forumunda iştirak edib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm