Sərkisyan: “Qarabağ məsələsində güzəştə hazırıq” - ŞOK BƏYANAT (YENİLƏNİB)
Bizi izləyin

Nida.az

Sərkisyan: “Qarabağ məsələsində güzəştə hazırıq” - ŞOK BƏYANAT (YENİLƏNİB)

“Ermənistan Qarabağ münaqişəsinin nizama salınmasında güzəştlərə hazırdır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sərkisyan deyib.

Serj Sarkisyan bunu ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşdə bəyan edib. Amma o, şərt irəli sürüb ki, bütün hərbi birləşmələr 1 aprel 2016-cı il tarixədək tutduqları mövqelərə qayıtmalıdır.

Sərkisyan həmçinin qeyd edib ki, Azərbaycan “Dağlıq Qarabağ hakimiyyəti” ilə danışıqlar aparmalıdır.

“ATƏT Bakını atəşkəs rejiminə hörmət etməyə məcbur etməlidir”, - Ermənistan prezidenti vurğulayıb.

Ermənistan prezidenti çıxışında Türkiyənin də ittiham edib. Onun sözlərinə görə, Türkiyənin Qarabağ üzrə bəyanatları vəziyyəti ağırlaşdıra bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm