Almaniya və Rusiya Qarabağ münaqişəsini müzakirə edəcək
Bizi izləyin

Nida.az

Almaniya və Rusiya Qarabağ münaqişəsini müzakirə edəcək

Almaniya Xarici İşlər Nazirliyinin Frank - Valter Ştaynmayer bu gün rusiyalı həmkarı Sergey Lavrovla telefonla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etməyi planlaşdırır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martin Şefer brifinqdə bildirib.

“Ştaynmayer bu gün Rusiya xarici işlər naziri ilə telefon danışıqları həyata keçirməyi planlaşdırır. Biz bilirik ki, Rusiya prezidenti və Rusiya Xarici İşlər Nazirliyi artıq şənbə günündən münaqişənin nizama salınması prosesinə qoşulublar və döyüş əməliyyatlarının dayandırılması üçün münaqişə tərəfləri ilə əlaqə saxlayırlar”, - o, deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm