Aydın Mirzəzadə: “Bu, Sarkisyanın növbəti hiyləsidir”
Bizi izləyin

Nida.az

Aydın Mirzəzadə: “Bu, Sarkisyanın növbəti hiyləsidir”

“Ermənistan prezidenti Serj Sarkisyanın hərbi əməliyyatların dayandırılmasını istəməsi və kompromislərə hazır olması ilə bağlı açıqlaması onun növbəti hiyləsidir”.

Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin Təhlükəsizlik və korrupsiya ilə mübarizə üzrə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Sarkisyan güzəştə getmək üçün bütün hərbi birləşmələr 1 aprel 2016-cı il tarixədək tutduqları mövqelərə qayıtmasını şərtini qoyub: “Ermənistan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edir. BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini yerinə yetirmək əvəzinə, o, Azərbaycan əsgərinin tökdüyü qanın üstündən keçib, yenidən riyakarlıq etmək istəyir”.

A. Mirzəzadə bildirib ki, sülh istəyən işğal etdiyi ərazilərdən öz qoşunlarını çəkməlidir: “Azərbaycan Ordusunun geri çəkilməsini tələb etməməlidir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm