Nida.az
XİN beynəlxalq təşkilatların rəhbərlərinə məktub ünvanladı
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun üzv dövlətləri, eləcə də MDB ölkələri, ATƏT-in Fəaliyyətdə olan Sədri statusunda Almaniya və ATƏT sədrliyində olan troyka dövlətlərinə və BMT, İƏT və NATO-nun Baş katiblərinə və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogeriniyə məktub ünvanlayıb.
Bu barədə Publika.az-a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.
Məktubda 2 aprel 2016-cı il tarixində cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhali hədəfə alınaraq, Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır silahlardan intensiv atəşə tutması və nəticədə bir neçə mülki şəxslər arasında tələfat olduğu haqqında məlumat verib.
Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması məqsədilə lazımı addımlar atıb.
Məktubda münaqişənin davam etməsi və bunun nəticəsində gərginliyin artmasının əsas səbəbinin Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu olduğu qeyd edilib.
Nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində BMT Dağlıq-Qarabağ regionunun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq edib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib.
Nazir Ermənistanın öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmağı dayandırmalı, ilhaqçı siyasətinə son qoymalı, qonşunlarını işğal edilmiş bütün Azərbaycan ərazilərindən çıxarmalı və danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməli və öz beynəlxalq öhdəliklərinə riayyət etməli olduğunu bildirib.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO