General-mayor: “Ermənistan bu zərbəni unutmayacaq”
Bizi izləyin

Nida.az

General-mayor: “Ermənistan bu zərbəni unutmayacaq”

Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri, general-mayor Mahmud Həmzəyev Azərbaycan ordusunun aprelin 1-dən 2-ə keçən gecə erməni işğalı altında olan yüksəklikləri azad etməsinə münasibət bildirib.

General-mayor M.Həmzəyev Publika.az-a açıqlamasında deyib ki, düşməndən azad olunan yüksəkliklər strateji əhəmiyyətə malikdir: “Azərbaycan ordusu bir daha öz gücünü düşmənə nümayiş etdirdi. Yəqin ki, hələ ermənilər bu zərbəni unutmayacaq. Allahın köməyi ilə Azərbaycan ordusunun bu qələbəsi davamlı olar. Bu döyüşdür, biz şəhid verə bilərik. Azərbaycan xalqı öz Vətəni uğrunda şəhid verir. Düşmən isə işğalçı olduğu üçün qırılır. Qarabağda bütöv qələbə qazanacağımız gün çox uzaqda deyil”.

M.Həmzəyev erməni hərbiçilərin meyitləri səngərdə qoyub qaçmasından da danışıb: “Ermənilər çox qorxaq millətdir, onlara havadarlıq edən olmasa, heç bu müharibələr də olmazdı, özləri qorxub aradan çıxardılar. Təəssüflər olsun ki, bu gün bəzi dövlətlər ermənilərə himayədarlıq edir”.

Erməni hərbiçilərin Azərbaycanın mülkü əhalisinə də atəş açmasına toxunan general deyib ki, Ermənistan düşmənçiliyi belə düzgün aparmağı bacarmır: “İlk növbədə erməni hərbiçiləri Azərbaycan torpaqlarına qanunsuz şəkildə soxulublar. Digər tərəfdən isə mülkü əhaliyə atəş açmaq müharibə qanunlarına ziddir. Gərək müharibəni də kişi kimi edəsən”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm