• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Sərkisyandan sərsəmləmə: “Genişmiqyaslı müharibə başlasa...”

  • Nida.az
  • 4 Aprel 2016 17:45
  • 2 618 Baxış
Sərkisyandan sərsəmləmə: “Genişmiqyaslı müharibə başlasa...”

Ermənistan prezidenti Serj Sarkisyan Xarici İşlər Nazirliyinə Dağlıq Qarabağla hərbi qarşılıqlı yardım haqqında müqavilənin bağlanması üzrə işlərə başlamağı tapşırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildirilib.

“Mən Xarici İşlər Nazirliyinə Dağlıq Qarabağla hərbi qarşılıqlı yardım haqqında müqavilənin bağlanması üzrə işlərə başlamağı tapşırmışam. Eyni zamanda əgər hərbi hərəkətlər davam edərsə və daha geniş miqyas alarsa, Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıya bilər”, - mətbuat xidməti Sarkisyandan sitat gətirib.

Sarkisyan vurğulayıb ki, döyüş əməliyyatlarının sonrakı gərginləşməsi genişmiqyaslı müharibə də daxil olmaqla gözlənilməz və dönməz nəticələrə gətirib çıxara bilər: “Bu, yalnız Cənubi Qafqaz deyil, həm də Avropa regionunda təhlükəsizliyə və sabitliyə təsir edəcək”.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR