Bundestaqdan çağırış: “Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır”
Bizi izləyin

Nida.az

Bundestaqdan çağırış: “Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır”

Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan deputat Aksel Fişerin Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində ötən həftənin şənbə günündən etibarən yaranan gərginliklə əlaqədar bəyanat yayıb.

Publika.az xəbər verir ki, Bundestaq üzvü cəbhədə baş verənlərdən narahat olduğunu deyib: “Mən Azərbaycan və Ermənistan arasında hərbi zorakılığın artmasından çox narahatam. Avropa Şurasının üzvləri arasında hərbi münaqişənin aparılması təşkilat daxilində təməl prinsip olan qarşılıqlı əməkdaşlıq ruhuna ziddir. Mövcud münaqişələr sülh yolu ilə həll edilməlidir. Buna görə də mən hərbi qarşıdurmaların dərhal dayandırılmasına və atəşkəs razılaşmasına hörmətlə yanaşmağa çağırıram. Mən şəhid olmuş ailələrin dərdinə şərik çıxıram”.

A. Fişer bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Ermənistan hərbi qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm