• USD 1,7000 0,00% EUR 1,9810 -0,22%
    • GBP 2,1592 -0,13% RUB 0,0221 -0,90%

Dünya mediası: “Ermənistan Azərbaycanı hədələyir”

  • Nida.az
  • 4 Aprel 2016 18:35
  • 1 489 Baxış
Dünya mediası: “Ermənistan Azərbaycanı hədələyir”

Dünyanın nüfuzlu media orqanları Qarabağda gedən döyüşlərdən məqalələr dərc edib. Əksər media orqanı Azərbaycanın atəşkəsə birtərəfli qaydada əməl etdiyini, Ermənistanın isə hücuma keçdiyini yazır.

ABŞ-ın “The New York Times” nəşri yazır ki, Azərbaycan Qarabağda döyüşləri birtərəfli şəkildə dayandırdığını elan etsə də, Ermənistan hədələməkdə davam edir.

Məqalədə bildirilir ki, Ermənistan Azərbaycan Ordusunun iki kəndi və bir strateji yüksəkliyi azad etməsini qəbul etmir: “Onlar həmin əraziləri yenidən istəyirlər. Amma Azərbaycan tərəfi azad etdiyi ərazilərdə möhkəmlənə bilərsə, bu, son 22 ildə münaqişədə ilk dəyişiklik olacaq”.

Böyük Britaniyanın “The Guardian” nəşri isə yazır ki, Azərbaycan və Ermənistan arasında münaqişə Avropaya qeyri-sabitlik haqda xatırlatmadır.

“Çünki Avropa Birliyi liderlərinin diqqəti Suriyada terrorizmə, qaçqın böhranına yönəldiyi bir vaxtda, Dağlıq Qarabağ regionunda gözlənilmədən partlayış oldu. Güman ki, partlayan münaqişə sakitləşdiriləcək. Lakin bu faktiki olaraq Avropaya təhlükə siqnalı oldu. Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmasa, Avropanın sərhədləri yaxınlığında təhlükə getdikcə böyüyür”, - deyə nəşr yazıb.

Almaniyanın “Neue Zuercher Zeitung” nəşri də Qarabağdakı döyüşlərə yer ayırıb.

Nəşr atəşkəsin Ermənistan tərəfindən pozulduğunu, Azərbaycan Ordusunun isə cavab atəşi açdığını yazır.

“Dağlıq Qarabağ beynəlxalq hüquq nöqteyi-nəzərdə Azərbaycan ərazisidir. Lakin 1990-cı illərdə Ermənistan bu bölgəni zəbt etdi. Ermənistan beynəlxalq tənqidə baxmayaraq, Azərbaycanın 7 rayonunu da işğal altında saxlayır. 1992-ci ildən etibarən yaradılan Minsk qrupu münaqişənin həllində heç nəyə nail olmayıb. Maraqlıdır ki, həmsədr dövlət olan Rusiya Ermənistanda hərbi bazaya malikdir. Ankara isə açıq şəkildə Azərbaycanı dəstəkləyir”, - deyə nəşr yazır.

Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR