Ermənistandan ACI ETİRAF: “300 əsgər, 50 tank itirilib, əsgərlər fərarilik edir” – FOTO
Bizi izləyin

Nida.az

Ermənistandan ACI ETİRAF: “300 əsgər, 50 tank itirilib, əsgərlər fərarilik edir” – FOTO

“İki gündür davam edən döyüşlərdə bizim tərəfimizdən həm canlı, həm də hərbi texnika itkisi həddində artıq böyükdür”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “planetaarmenia.ru” saytı yazıb.

“Qarabağda real vəziyyət” başlıqlı xəbərdə Ermənistan ordusunun 300-dən çox əsgərinin öldürüldüyü qeyd olunur: “Hadrut (Füzuli) hospitalındakı etibarlı mənbə deyir ki, yüzlərlə yaralı gətirilib. İndiyə qədər 300-dən çox hərbi qulluqçu öldürülüb. Öldürülən arasında əsgərlərlə yanaşı, kiçik və böyük rütbəli zabitlər də var”.

Sayt yazır ki, avtomobil, ağır zirehli texnika, həmçinin, artilleriya qurğuları da məhv edilib: “Qeyri-rəsmi məlumatlara görə, indiyə qədər 50-dən artıq hərbi texnika sıradan çıxıb”.

Xəbərdə əhalinin təşviş içində olduğu, evlərini kütləvi şəkildə tərk etdiyi diqqətə çatdırılıb.

“Əhali digər təhlükəsiz yerlərə axın edir. Qarabağ hökuməti (qondarma “DQR”) əhalinin evlərini tərk etməsinə maneələr yaradır. Gedənlər postlarda saxlanılır. Əsgərlər fərarilik edirlər. hakimiyyətin və Qarabağ müharibəsi veteranlarının çağırışına baxmayaraq, gənclər orduya getmək istəmirlər. Onlar müxtəlif bəhanələrlə döyüşməkdən imtina edirlər. Yeganə ümid Qarabağ müharibəsi veteranlarınadır”, - deyə sayt yazıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm