Publika.az-ın xəbərinə görə, cari ilin 1-3 aprel tarixlərində
Türkmənistanın Aşqabad şəhərində Xəzər dənizinin hüquqi statusu
haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı
dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində
Xüsusi İşçi Qrupunun 36-cı iclası keçiriləcəkdir.
İclasda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini
Xələf Xələfov təmsil edəcəkdir.
|