Oqtay Əsədov: “Ordumuza “çox sağ ol” deməliyik”
Bizi izləyin

Nida.az

Oqtay Əsədov: “Ordumuza “çox sağ ol” deməliyik”

Milli Məclisin plenar iclası öz işinə başlayıb.

Publika.az xəbər verir ki, spiker Oqtay Əsədov cəbhə xəttində baş verən hadisələrdən danışıb:

“Azərbaycan uzun illər atəşkəs rejiminə əməl edib. Lakin erməni tərəfi hər zaman təxribatla məşğul olub. Son günlər Azərbaycan kəndləri iri çaplı mərmilərdən atəşə tutulur, mülki əhali öldürülürdü. Azərbaycan Ordusu bunun qarşısını alıb, mülkü əhalini atəşə tutan yüksəklikləri geri qaytarıb.

Gərginlik bu günə qədər davam edir. Azərbaycan dövləti atəşkəs elan etdi. Lakin Ermənistan bununla razılaşmadı. Azərbaycan dövlətinin mövqeyini XİN ifadə etdi. Erməni ordusu Azərbaycan ərazilərindən çıxdıqdan sonra sülh danışıqları başlaya bilər. Bu gün Minsk qrupu toplanır. Bundan xüsusi bir şey gözlənilmir. Mən istərdim ki, Azərbaycan ordusunu “çox sağol” deyək. Döyüşlərdə itkilər olur. Xahiş edirəm ki, bizim şəhid olan insanlarımızı bir dəqiqəlik sükutla yad edək. Əminəm ki, dünya Azərbaycanın haqlı mövqeyini qəbul edəcək”.

Nemət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm