Nida.az
Millət vəkilləri əmək haqlarını Orduya köçürür
Milli Məclisin plenar iclasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev cəbhədə baş verən son durum haqqında danışıb.
Publika.az xəbər verir ki, millət vəkili Azərbaycan xalqını təbrik edib: “Mən kiçik qələbə münasibəti ilə Azərbaycanı təbrik edirəm. Hesab edirəm ki, Azərbaycan Ordusunun daha böyük qalibiyyətlər əldə edə bilər. Təbii ki, itkilər var. Hücum edən tərəf daha çox itki verir. Həm də onlar uzun illər idi ki, həmin ərazidə möhkəmlənmişdi. Kiçik hücumlarla Ermənistan psixoloji olaraq sındı. Hesab edirəm ki, bu hücumlar davam etməlidir”.
Q.Həsənquliyev qeyd edib ki, Azərbaycan Milli Məclisi də bəyanat verə bilər: “Qeyd oluna bilər ki, biz insanların ölümünü istəmirik. Ancaq Ermənistan ordusu da işğal edilən ərazilərdən çıxmalıdır. Bundan sonra sülh danışıqlarına gedilə, Ermənistan bölgədə həyata keçirilən layihələrə qoşula bilər. Mən əmək haqqımın bir hissəsini Silahlı Qüvvələrin yardım fonduna köçürəcəm. Bu təkcə maddi məsələ deyil. Həm də ordu ilə birgə olmağımızın göstəricisi olardı. Bütün imkanlı insanları bu təşəbbüsə qoşulmağa dəvət edirəm. Bu proses davam etməlidir”.
Digər deputatlar da Q.Həsənquliyevin çağırışına dəstək verib.
Spiker Oqtay Əsədov isə deyib ki, Azərbaycan Prezidenti Təhlükəsizlik Şurasının toplantısında mövqeyini ortaya qoyub: “Açıq ifadə olundu ki, əgər erməni əsgərləri ölmək istəmirsə, Azərbaycan ərazilərindən çıxmalıdır. Bu mənada xüsusi bəyanata ehtiyac görmürəm. XİN də mövqeyini ifadə edib”.
Nemət
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?