Millət vəkillərindən Ermənistana: “Bu ölkə qapazaltıdır”
Bizi izləyin

Nida.az

Millət vəkillərindən Ermənistana: “Bu ölkə qapazaltıdır”

Milli Məclisin sədri Oqtay Əsədov cəbhədə baş verən hadisələrin sosial şəbəkələrdə işıqlandırılması mövzusunda danışıb.

Publika.az-n xəbərinə görə, spiker Bahar Muradovanın fikri ilə razılıq ifadə edərək bu istiqamətdə ehtiyatlı olmağı lazım bilib: “Dünən Ermənistanın bəzi saytlarına baxdım. Bir saytda qeyd edilirdi ki, Qarabağda döyüşə gedənlər 90-cı illərdə vuruşanlardır. Ağsaqqal adamlardır. Yaşları 50-70 çivarındadır. Qarabağda cavan erməni yoxdur. Orada müharibəyə gələnlər Ermənistan vətəndaşlarıdır. Bu saat onlar sosial şəbəkələrdə hay küy salırlar. Erməni diaspora qurumları və digərləri xəbərlər yayırlar ki, Azərbaycan Ermənistanı işğal edir, 500 erməni öldürüblər, genosid başlayıb və s. Azərbaycan jurnalistləri bu kimi materialları versinlər, yalanları ifşa etsinlər. Azərbaycan Ermənistana hücum etməyib, eləcə də Aprelin birindən ikisinə gecən gecə təmas xəttində növbəti təxribat olub. Ermənistan ordusu təmas xəttində yerləşən mülkü əhalimizi atəşə tutublar. Azərbaycan ordusu da buna qarşılıq olaraq hərəkətə keçib və işğal altında olan bir neçə yüksəkliyi alıb. İndi ermənilər dayanmır və bu yüksəklikləri geri almaq istəyir”.

Spiker Ermənistan prezidenti Sarkisiyanın dünən İrəvanda ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşündə “Hər iki tərəfin qüvvələri 1 aprel 2016-cı ildəki mövqeyinə çəkilsin və biz kompramisə hazırıq” bəyanatını da şərh edib: “Sarkisiyanın kompramisi bizə lazım deyil, işğalçı ordu Azərbaycan ərazilərini boşaltsın”.

Oqtay Əsədov qeyd edib ki, erməni cavanları qaçıb: “Təmas xəttində savaş gedir, amma onlar Şuşa şəhərini boşaltdıqları haqda xəbər yayırlar”.

Milli Məclisin iclasında çıxışı zamanı Parlament sədrinin müavini Ziyafət Əsgərov belə deyib: “Azərbaycan keçən illər ərzində atəşkəs rejiminə sadiq qaldı. Ölkəmiz tez-tez Ermənistanın təxribatına məruz qalırdı. Azərbaycan tərəfi həmişə bu təxribatlara cavab verirdi. Son atdığı addımları ilə ermənilər öz hədlərini aşdılar. Bu hadisələr praktiki olaraq Azərbaycan ordusunun gücünü göstərdi. Azərbaycan ən müasir silahlardan istifadə edərək, qalibiyyət əldə etdi. Bununla bir psixoloji dönüş yarandı. Xalqda döyüş ruhu yüksəldi. Ermənistan ordusu haqqında yaranmış mif sabun köpüyü kimi əridi. Məlum oldu ki, Ermənistan müstəqil dövlət deyil, bu səbəbdən də mütəşəkkil ordusu yoxdur. Bu dövlət kiminsə qapazaltısı olaraq qalır”.

Z.Əsgərov əlavə edib ki, artıq beynəlxalq təşkilatlar hərəkətə keçərək Azərbaycanın mövqeyini dəstəkləyirlər: “Dərk edirlər ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil”.

Vitse-spiker Minsk Qrupuna da müraciət edərək bildirib ki, məsələyə düzgün yanaşılmalıdır: “Minsk Qrupu yaxşı bilir ki, kim işğalçı, kim işğala məruz qalmış dövlətdir. Ancaq bu vaxta qədər işğalçının başını sığallayırdı. Beynəlxalq ictimaiyyət bilməlidir ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir. Bu səbəbdən təmas xəttində erməni mülki əhalisi yoxdur. Belə halda mülki erməni əhlisi öldürülə bilər?”.

Nemət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm