“Washington Times” Obamaya səsləndi: “Ermənistan fırıldaqçılıq edir”
Bizi izləyin

Nida.az

“Washington Times” Obamaya səsləndi: “Ermənistan fırıldaqçılıq edir”

“Dağlıq Qarabağ Azərbaycanın canında qara yaradır”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “Washington Times” nəşri yazıb.

Nəşr yazır ki, SSRİ dağılandan sonra Dağlıq Qarabağ regionda ən böyük münaqişə ocağına çevrilib: “1990-cı illərdə ermənilər Azərbaycanın Dağlıq Qarabağ və ətrafda olan yeddi rayonunu işğal etdi. Beynəlxalq Böhran Qrupunun hesabatına görə, müharibə nəticəsində bu gün Azərbaycanın 1 milyona qədər qaçqın və məcburi köçkünü var. Münaqişə 1994-cü ildə Bişkek protokolu ilə donduruldu. Qarşılıqlı ittihamlar səslənsə də, münaqişədə Ermənistanın təcavüzkar tərəf olduğu təkzibolunmaz faktdır. Ermənistan bu gün Azərbaycan Respublikasının beynəlxalq hüquqda tanınan ərazi suverenliyini pozub. Kapitoli təpəsində ermənilərə ürəyi yananlar ola bilər, lakin BMT qətnamələri münaqişədə həqiqətə işıq salır”.

“Washington Times” BMT-nin 4 qətnaməsi ilə yanaşı, Avropa İnsan hüquqları Məhkəməsinin “Çıraqovlar işi” haqda qərarını, eləcədə indiyə qədər müxtəlif beynəlxalq təşkilatların Ermənistanın işğalını pisləyən qərar və qətnamələrini xatırladaraq, beynəlxalq hüququn Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb etdiyini diqqətə çatdırıb.

“Beynəlxalq hüquq tamamilə bunu tələb etsə də, Ermənistan fırıldaqçı dövlət kimi hərəkət etməyə davam edir, beynəlxalq hüquq və normaları tapdalayır. Mükəmməl dünyada hər kəs Konqresin müəyyən üzvlərindən və Obama Administrasiyasından Ermənistanın bu davranışı haqda soruşa bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əslində bu prosesdə başlanğıcdır”- deyə nəşr əlavə edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm