Aİ Azərbaycan və Ermənistanla Qarabağ münaqişəsini müzakirə edir
Bizi izləyin

Nida.az

Aİ Azərbaycan və Ermənistanla Qarabağ münaqişəsini müzakirə edir

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Maya Kosyançiç bildirib.

“Biz çox səviyyələrdə əlaqədəyik. Federika Moqerini Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə vəziyyəti müzakirə edir. Mümkün olan kimi biz bu müzakirələrin nəticələri haqqında məlumat verəcəyik”, - Maya Kosyançiç deyib.

O, Dağlıq Qarabağın taleyi haqqında Türkiyə prezidenti Tayipa Ərdoğanın bəyanatlarını şərh etməkdən imtina edib: “Biz bəyanatları şərh etmirik”.

Qeyd edək ki, dünən Türkiyə prezidenti Qarabağın mütləq Azərbaycana qayıdacağını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm