Elmar Məmmədyarovla Mogerini arasında Qarabağ müzakirəsi
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarovla Mogerini arasında Qarabağ müzakirəsi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cəbhədə yaranmış son gərginliklə əlaqədar Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini ilə telefonla danışıb.

Publika.az xəbər verir ki, nazir Elmar Məmmədyarov qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar xanım Mogeriniyə məlumat verib.

Nazir bildirib ki, Ermənistan silahlı qüvvələri cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalini və mülki obyektləri hədəfə alaraq Azərbaycan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca mövqelərini ağır silahlardan intensiv atəşə tutması nəticəsində bir neçə mülki şəxs həlak olub və yaralanıb.

Gərginliyin yaranmasının əsas səbəbinin Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu olduğunu diqqətə çatdıran nazir gərginliyin aradan qaldırılması və münaqişənin həllində irəliləyişə nail olunması üçün Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

O, əlavə edib ki, münaqişənin həlli istiqamətində ciddi siyasi proses başlamalıdır.

Qeyd edək ki, Elmar Məmmədyarovun həmkarları ilə intensiv təmasları davam etdirilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm