ATƏT-in Minsk Qrupu bəyanat verdi (YENİLƏNİR)
Bizi izləyin

Nida.az

ATƏT-in Minsk Qrupu bəyanat verdi (YENİLƏNİR)

ATƏT-in Minsk qrupu Vyanada iclasa başlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, iclasda Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son hərbi qarşıdurmalar müzakirə edilir.

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tərəflərini güc tətbiqini dayandırmağa çağırıb.

Bəyanatda toqquşmalardan əziyyət çəkmiş ailələrə başsağlığı verilir: “Biz tərəfləri gücdən istifadəni dərhal dayandırmağa çağırırıq. Münaqişənin hərbi yolla həlli yoxdur.

Vəziyyətin pisləşməsi ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında hərtərəfli sülh sazişi üzrə təcili danışıqlara ehtiyacın olduğunu göstərir. Minsk qrupuna üzv ölkələrin nümayəndələri Rusiya, ABŞ və Fransa həmsədrlərinin vasitəçilik səylərinə dəstəklərini ifadə edir, tərəflərlə mümkün qədər tez bir zamanda birbaşa məsləhətləşmələrin aparılması ilə bağlı planlarını alqışlayırlar”.

Minsk qrupunun iclasının nəticəsinə görə Dağlıq Qarabağ ətrafında yaranan vəziyyətin nizama salınması üzrə qərarlar hazırlana bilər.

“Minsk qrupu hazırda iclas keçirir. Ola bilsin ki, hansısa ümumi yanaşmalar hazırlansın”, - agentliyin həmsöhbəti deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm