Həmsədrlər təcili Bakıya gəlirlər - (YENİLƏNİB)
Bizi izləyin

Nida.az

Həmsədrlər təcili Bakıya gəlirlər - (YENİLƏNİB)

ATƏT-in Minsk qrupunun fransalı və rusiyalı həmsədrləri Pyer Andryu və İqor Popov bu gün Bakıya gəlirlər.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Fransanın ATƏT-dəki səfiri Veronika Loger Lakan özünün “twitter” səhifəsində yazıb.

ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik isə daha sonra onlara qatılacaq.

Həmsədlərin Xankəndi və Ermənistana da səfərləri olacaq.

***

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov və fransalı həmsədr Pyer Andryu ATƏT Daimi Şurasının Vyanadakı görüşünü gözləmədən bu gün regiona yola düşüblər.

Səfər müddətində onlar Bakıdan əlavə, İrəvan və Xankəndində olacaqlar.

Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan həmsədrlərin aprelin 9-da İrəvana səfər edəcəyini açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm