Türkiyə ictimaiyyəti: “Dəmirtaş kimi xainləri Ermənistana göndərək...”
Bizi izləyin

Nida.az

Türkiyə ictimaiyyəti: “Dəmirtaş kimi xainləri Ermənistana göndərək...”

Son günlər erməni silahlı bölmələrinin təmas xəttində Azərbaycanın mülkü əhalisinə qarşı törətdiyi təxribatlar və Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaşın erməni terrorçularının bu cür hərəkətlərinə verdiyi açıq dəstək Türkiyə ictimaiyyətində kəskin etirazla qarşılanıb.

Publika.az xəbər verir ki, aralarında daha çox gənclərdən ibarət olan Türkiyədə sosial şəbəkə istifadəçiləri Səlahəddin Dəmirtaşın bu hərəkətini xain addım kimi qiymətləndiriblər.

Sosial şəbəkələrdə fəal olan türk istifadəçilər açıq şəkildə yazırlar ki, Türkiyədə Səlahəddin Dəmirtaş kimi xeyli sayda ermənipərəst xain adamlar mövcuddur.

Daha sonra türk fəallar yazır: “Səlahəddin Dəmirtaş Ermənistanı bu qədər çox istəyirsə, göndərək Ermənistana, gedib orada yaşasın. Türkiyədə separatizmlə məşğul olan və yaşayan bu cür xain şəxsləri Ermənistana göndərmək lazımdır ki, qardaş ölkə Azərbaycan onların dərsini versin. Bu xainlərə nə Türkiyədə, nə də Azərbaycanda yer var. Ermənilər və PKK eyni qüvvələrdir, eyni ideologiyaya sahibdirlər. Bu gün özlərini yazıq, məzlum kimi göstərərlər, ancaq sabah gözləmədiyin halda sənə arxadan zərbə vurarlar. Bu terrorçuların kökü kəsilməyənə kimi, dünyada sabitlik, əmin-amanlıq olmayacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm