• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Çavuşoğlu: “Ankaranın Bakını dəstəkləməsi onu müharibəyə itələmək deyil”

Çavuşoğlu: “Ankaranın Bakını dəstəkləməsi onu müharibəyə itələmək deyil”

“Türkiyə lazım olan vaxt Azərbaycanı dəstəkləməsi onu müharibəyə itələmək deyil”.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəzi ölkələrin mediasında bununla bağlı aparılan təbliğata münasibət bildirərkən deyib.

M. Çavuşoğlu bunu “qara təbliğat” adlandırıb və həqiqətə uyğun olmadığını deyib: “Ankara Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını həmişə dəstəkləyir. Lazım olanda Azərbaycanı dəstəkləmək onu müharibəyə itələmək deyil. Bir ölkə Azərbaycana aid Dağlıq Qarabağ regionunu işğal edir, sonra günahkar kimi, Türkiyə və Azərbaycanı göstərməyə çalışır. Bu nə dinə, nə də insanlığa sığan əməl deyil. Dürüst və ədalətli olmaq lazımdır. İşğal olunmuş torpaqlar Azərbaycana aiddir”.

Nazir vurğulayıb ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli edilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyib.

Münaqişə zonasında son toqquşmalara da münasibət bildirən M. Çavuşoğlu bildirib ki, atəşkəsi Ermənistan pozub: “Azərbaycan da cavab verməyə məcbur olub. Biz qardaş Azərbaycanı dəstəkləyirik və bunu gizlətmirik. Amma mümkün qədər atəşkəsə əməl olunması çağırışını da edirik. Yəni Ankara münaqişənin sülh yolu ilə həllini istəyirik. Azərbaycan neçə illərdir məhz sülh təşəbbüslərini dəstəkləyir”.

Asif Nərimanlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>