Bayram Səfərov: “Azərbaycan əsgəri Ermənistan ordusuna dərs verdi”
Bizi izləyin

Nida.az

Bayram Səfərov: “Azərbaycan əsgəri Ermənistan ordusuna dərs verdi”

“Ali Baş Komandanın əmri ilə Azərbaycan əsgəri Ermənistan ordusuna layiqli dərs verib”.

Bunu Publika.az-a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, hazırda ermənilər böyük qorxu və vahimə içərisində yaşayır: “Əgər Ermənistan tərəfi təxribata yenə əl atarsa, yenə də layiqli cavabını alacaq. Biz öz torpaqlarımızda, ərazi bütövlüyümüz uğrunda savaşırıq. Bizim mübarizəmiz haqq işidir. Erməninin nə işi var bizim torpaqlarda? Yəqin ki, ötən gün hər kəs Cənab Prezidentin yaralı əsgərləri ziyarət edərkən, söylədiyi çıxışı izləyib. Cənab Prezident ermənilərə dedi ki, ölmək istəmirlərsə, yerlərində otursunlar. Allah Azərbaycan xalqını və Prezidentini qorusun. Allahın köməyi ilə biz öz torpaqlarımızı Ali baş Komandanın əmri ilə azad edəcəyik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm