Alman ekspert: “Rusiya və Türkiyə Qarabağ üçün masaya oturmalıdır”
Bizi izləyin

Nida.az

Alman ekspert: “Rusiya və Türkiyə Qarabağ üçün masaya oturmalıdır”

“Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənlər beynəlxalq cəmiyyətin diqqətini Qarabağ münaqişəsinə cəlb etdi. Dünya təhlükəni gördü”.

Publika.az xəbər verir ki, Almaniyanın “Deutsche Welle” nəşrinə müsahibəsində alman jurnalisti, Cənubi Qafqaz üzrə ekspert Silvia Stöber deyib.

Ekspert cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə Ermənistan və Azərbaycan prezidentlərinin Vaşinqtona səfəri arasında əlaqənin olduğunu təxmin edir.

Onun sözlərinə görə, Türkiyə və Rusiya arasındakı münasibətlər də Qarabağ münaqişəsinə təsir edir. Steber vurğulayıb ki, Rusiya və Türkiyə arasındakı ziddiyyətlər Qarabağ münaqişəsinin nizama salınmasını əhəmiyyətli dərəcədə ağırlaşdırır. Almaniyalı ekspert bildirir ki, münaqişənin həlli üçün regionda təsirə malik olan bütün tərəflər danışıqlar stoluna oturmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm