Ermənilərdən ETİRAF: “İtirilmiş yüksəklikləri geri qaytara bilməmişik”
Bizi izləyin

Nida.az

Ermənilərdən ETİRAF: “İtirilmiş yüksəklikləri geri qaytara bilməmişik”

“Azərbaycan döyüş əməliyyatları zamanı tutduğu yüksəkliklərə nəzarəti özündə saxlayır”.

Publika.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, bunu erməni separatçılarının nümayəndəsi Moskvadakı Arsen Məlik-Şahnazarov mətbuat konfransı zamanı deyib.

“Bunlar çox əhəmiyyətli yüksəkliklərdir. Biz onları qaytara bilərdik, amma dünın elan edilən atəşkəs mane oldu” – deyə, erməni separatçısı iddia edib.

Bununla da ermənilərin itirdikləri yüksəklikləri geri qaytardıqları ilə bağlı iddianı özləri təkzib ediblər.

Arsen Məlik-Şahnazarov döyüşlərdə Ermənistan tərəfinin ciddi itkilər verdiyini də etiraf edib: "Döyüşlərdə texnika cəhətdəndə böyük itkilər oldu. 14 tank itirmişik. Dörd gün əzində 50 nəfər həyatını itirib, həmçinin 20-30 nəfərdən xəbər yoxdur".

Xatırladaq ki, ermənilər indiyə qədər cəmi 29 nəfər itirdiklərini iddia edirdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm