“Müharibə maksimum dörd gün davam edəcək” – ŞOK PROQNOZ
Bizi izləyin

Nida.az

“Müharibə maksimum dörd gün davam edəcək” – ŞOK PROQNOZ

“Əgər Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlar aparmağa məcbur olsa, onda bu münaqişə maksimum dörd gün davam edər”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin Almaniyanın nüfuzlu politoloqu Aleksandr Rara cavab olaraq deyib.

“Əgər hansısa səbəblərdən Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlar aparmağa məcbur olsa, hamı anlayır ki, münaqişə neçə gün davam edər. Bir, iki, maksimum dörd gün. Hamı anlayır ki, münaqişənin hansı nəticələri olacaq”, - Narışkin bildirib.

Onun sözlərinə görə, Ukraynanın şərqində münaqişə iki ildir davam edir: “Bu isə ona cavabdır ki, Kiyev kiminlə vuruşur”.

Dövlət Dumasının spikeri münaqişədə Rusiyanın iştirakı haqqında Ukrayna rəhbərliyinin bəyanatlarına inanmamağa çağırıb.

Qeyd edək ki, Aleksandr Rar Rusiya-Almaniyan seminarının iştirakçıları ilə görüşdə Ukraynanın Donbasda Rusiya ilə vuruşduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm