İlham Əliyev Almaniyaya gedəcək
Bizi izləyin

Nida.az

İlham Əliyev Almaniyaya gedəcək

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya səfər edə bilər.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti Almaniyaya bu ilin iyun ayında səfər edəcək.

“Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya səfəri iyun ayında ola bilər. Mən artıq proqramını bu səfərə uyğunlaşdırmışam. Biz problemləri onun nöqteyi-nəzərindən müzakirə edə biləcəyik”, -deyə kansler vurğulayıb.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan bu gün Almaniyada səfərdədir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm