“Bu mənim müharibəm deyil, amma deyirlər ki, gedin, ölün” – ERMƏNİSTANDA ETİRAZ - FOTOFAKT
Bizi izləyin

Nida.az

“Bu mənim müharibəm deyil, amma deyirlər ki, gedin, ölün” – ERMƏNİSTANDA ETİRAZ - FOTOFAKT

“Bu mənim müharibəm deyil”, deyən ermənilər sosial şəbəkələrdə İrəvan rejiminə etiraz edir.

Publika.az xəbər verir ki, Ermənistanın “epress.am” saytı cəbhə xəttində baş verən hadisələrdən sonra sadə ermənilərin Sarkisyan hakimiyyətinə etirazını ifadə edən statusları yayımlayıb.

Bu statuslardan görünür ki, sadə ermənilər müharibə istəmir və Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edirlər.

“Niyə anlamırıq ki, Azərbaycanın ərazilərini ələ keçirsək də, onu həmişəlik saxlaya bilməyəcəyik. Rusiya bizi Azərbaycanın üzərinə hücum etməyə məcbur edir, bizi it yerinə sayırlar. Biz it yox, insanıq”.

***

“Bu mənim müharibəm deyil, bu güc və pul üçün mübarizə aparan dövlət maşınının müharibəsidir”.

***

“Onlar bizə “Qarabağa get, öl, sənə medal verəcəyik” deyirlər. Qorxma, ölə bilərsən. Əvəzinə yenisi doğulacaq. Onun da 18 yaşı tamam olanda müharibəyə göndərəcəyik, o da öləcək”.

***

“Döyüşlərlə bağlı bizə verilən məlumatlara inanmayın. Hamısı yalandır”.

***

“Azərbaycan əsgərləri postları ələ keçirdəndə rəsmi qurumlar bu barədə bir cümlə də olsun danışmadılar. Biz daha nəyi bilmirik?!”

***

“Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Harsrun Hovanisyanın dediklərinə inanırsınız? Bu axmaq yalan danışmağa nə vaxt son qoyacaq?”

***

“Fövqəladə vəziyyət zamanı Ermənistanın bütün mediası 1-ci kanalın klonlarına, bütün siyasi partiyalar isə iqtidar partiyasının eybəcər “əkizlərinə” çevrilirlər”.

***

“Serj Sarkisyan deyəndə ki, “18 hərbiçi itirmişik, 35 yaralımız var, amma Qarabağda vəziyyətə nəzarət edirik”, ona inananlar tapılır. Sanki indiyə qədər yalan danışan bu adam deyildi. Onun rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası bu ölkədə insanları qətlə yetirmir, qarət etmir?! Sizə nə oldu belə?”

***

“Gedək, hamısını öldürək. Onların qanını içək. Biz haqlıyıq, onlar yox. Bizim sözlərimizə inanın, başqalarına yox. Biz hücum etmirik, bizə hücum edirlər. Bütün bunlar Serjikin hakimiyyətdə qalması üçündür. Bizə deyirlər sülh istəməyin, danışıqları qəbul etməyin. Gedib ölsək, uzaq başı, “facebook”da “Tanrı ruhunu şad etsin” yazacaqlar. Amma bu heç kimə dərs olmayacaq. Biz daha çox qan tələb edəcəyik. Bizə silahı satacaqlar və əmr edəcəklər ki, vur. Amma üfunət bizi qane etməyəcək. Daha çox qan istəyirik. Biz razılaşacaq və uşaqlarımızı ətçəkən maşının ağzına verəcəyik. Nəyə görə, Bu vətənə görə?!”

***

“Uşaqlar, Azərbaycan KİV-nin yazdığına inanmayın. Yalnız erməni “KQB”-sinə inanın”.

***

“Öl, mən səni sevəcəyəm, öl, mən sənə medal verəcəyəm. Sənin yerinə biri doğulacaq. 18 yaşı çatanda o da gedib öləcək. Əhsən sizə. Amma əgər sən yaşamaq istəyirsənsə, mən səni sevməyəcəm. Təki, sənin dövlətini talan edənlər həlak olmasın”.

Ermənistan hakimiyyətinin təbliğat maşınına baxmayaraq, bütün bu fikirlər düşmən ölkəsindəki vəziyyəti aydın şəkildə göstərir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm