Güneylilər ayağa qalxdı: “Bizi Azərbaycan Ordusuna çağırın!”
Bizi izləyin

Nida.az

Güneylilər ayağa qalxdı: “Bizi Azərbaycan Ordusuna çağırın!”

Aprelin 2-dən başlayaraq Qarabağda yaranmış gərgin vəziyyətlə əlaqədar Cənubi Azərbaycanda yaşayan çoxlu sayda soydaşlarımız Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Publika.az xəbər verir ki, Urmiya universitetinin tələbələri və müxtəlif şəhərlərin, o cümlədən Təbriz, Urmiya, Zəncan, Ərdəbil, Muğan, Salmaz, Qoşa Çay, Sulduz, Əhər və digər bölgələrin gəncləri İranda populyar olan “Teleqram” sosial şəbəkəsində bəyanat yayıblar.

Bəyanatda bildirilir: “Qarabağda işğalçı Ermənistan dövlətinə qarşı gedən savaş üçün bizi də hərbi xidmətə qəbul edin. Siz hər zaman bildirmisiz ki, Vətənin hər bir bölgəsinin müdafiəsi hər bir azərbaycanlının məsuliyyətidir və Azərbaycan dövləti bütün azərbaycanların dövlətidir. Siz hər zaman özünüzə “50 milyon Azərbaycanlının prezidentiyəm” demisiz və milli düşmənlərimizə qarşı apardığınız siyasi xəttiniz ortadadır. Bizim üçün müqəddəs Azərbaycan bayrağının Quzey Azərbaycanda dalğalanması və Vətənimizin quzeyinin müstəqil olması və inkişaf etməsi ən sevindirici haldır.

Möhtərəm Prezident! Qarabağda Azərbaycan Milli Ordusunun qələbəsi bizi sevindirir, çünki Qarabağ hər bir azərbaycanlının doğma torpağıdır. Amma bir tərəfdən də, bu müharibədə bizim rolumuz olmadığı üçün və bu savaşda bir əsgər kimi savaşa bilmədiyimiz üçün narahatıq. 50 milyon Azərbaycan türkünün Prezidenti kimi Güney Azərbaycan gənclərini də bu müqəddəs savaşda əsgər kimi Azərbaycan milli ordusunda xidmətinin qəbul edilməsinə sərəncam verin ki, bizdə borcumuzu vətənimiz Azərbaycana görə ödəyə bilək”.

Qeyd edək ki, aprelin ikisindən başlayaraq Qarabağda keçirilən hərbi əməliyyatlar Güney Azərbaycanda yaşayan soydaşlarımız arasında da ciddi narahatlıq doğurub. Bununla bağlı “Teleqram” sosial şəbəkəsində müxtəlif “haşdaqlar” yaranıb, Qarabağda döyüşmək üçün hər an hazır olduqlarını nümayiş ediblər. Çoxlu sayda soydaşlarımız sosial şəbəkə üzərindən “Bu taydan döyüşlərə gəlmək istəyən adamlar var, onlar harada qeydiyyata alınmaq lazım olduğunu bilmək istəyirlər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm