Uorlik Kerrinin Qarabağ mesajını çatdırdı – FOTO
Bizi izləyin

Nida.az

Uorlik Kerrinin Qarabağ mesajını çatdırdı – FOTO

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Uorlik ABŞ-ın Bakıdakı Səfirliyində jurnalistlərlə görüşüb mətbuatın suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, o, ATƏT-ın həmsədrləri adından son günlərdə hərbiçilər və mülki əhalı arasında itkilərlə bağlı başsağlığı verib.

Uorlik həmsədrlərin Azərbaycan rəsmiləri ilə görüşdüklərini qeyd edib, geniş sülh həllinin tapılması istiqamətində dərhal danışıqların zəruriyyətini vurğulayıb. Həmçinin siyasi irəliləyişin və təhlükəsizliyin təminatı üçün atəşkəs rejiminə riayət edilməsinin vacibliyini bildirib.

Birləşmiş Ştatların münaqişənin ATƏT-ın Minsk Qrupu çərçivəsində həllinə dair üzərinə götürdüyü öhdəliyə sadiq olduğunu söyləyən həmsədr ABŞ dövlət katibi Con Kerrinin tərəfləri siyasi irəliləyişin təminatı üçün səy göstərməyə çağırdığını vurğulayıb.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm