
“Bu bəyanat ADP-nin özünə olan hörmətsizliyidir”.Bu barədə
Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov
Publika.Az –a açıqlamasında Azərbaycan Demokrat
Partiyasının (ADP) AKP-nin azərbaycanlıları qətlə yetirən rus
bolşevizminin davamçısı olduğu üçün bağlanması tələbəsinə münasibət
bildirərkən deyib.
AKP sədri əlavə edib ki, onlar azərbaycanlıların qətlə yetirilməsində günahkar olanları cəzalandırılmasının tərəfdarıdır: “Biz onları qəbul etmirik. Təəssüf edirik ki, bunu bizimlə əlaqələndirməyə çalışırlar. Mən AKP-nin bağlanması üçün bu cür bəyanat qəbul edilməsi üçün heç bir əsas görmürəm. Hansısa siyasi partiyanın bağlanması barədə bəyanat vermək ADP-nin özünə olan hörmətsizliyidir. AKP başqa partiyalar kimi Konstitusiyaya uyğun fəaliyyət göstərir və qanunlarımıza zidd hərəkətlərə yol vermir”.
R. Qurbanov qeyd edib ki, Krıma görə Putinə təbrik məktubunu onlar deyil, 1996-cı ildə AKP sıralarından xaric olunmuş Telman Nurullayev yazıb: “Bu şəxsin bizimlə heç bir əlaqəsi yoxdur və kommunistlərin adından danışmağa da nə hüquqi, nə siyasi haqqı var. Biz buna ona görə reaksiya vermirik ki, belə şəxsləri reklam etmək istəmirik. Bu məktub göz qabağında olan təxribat, sərsəmlikdir. Partiyamıza ləkə vurulur. Sərdar Cəlaloğlunun həmin sərsəmlərin mövqeyindən çıxış etməyi təəssüf doğurur. Azərbaycanda hansısa siyasi partiyanın fəaliyyəti qanun ilə tənzimlənir. Danışanda siyasi mədəniyyətdən, plüralizmdən danışanlar belə anti-demokratik mövqedən çıxış edirlər. Keçmişimizə ekskursiya etsəniz, hansısa siyasi partiya və ya şəxs haqqında sərt, xoşagəlməyən ifadələr işlətmişikmi?”.
R. Qurbanov Sərdar Cəlaloğlunun partiyasının çəkiyə malik
olmadığını deyib.“ADP çəkisi olmayan partiyadır. Ona görə də bu cür
qeyri-demokratik və siyasi partiya mədəniyyətinə yaraşmayan bir
çağırışa əhəmiyyət vermək fikrində deyilik”-deyə o bildirib.
Asif