Səməd Seyidov: "Tarixdə belə şey görməmişik"
Bizi izləyin

Nida.az

Səməd Seyidov: "Tarixdə belə şey görməmişik"

Bizdə nə vaxtsa fikir formalaşıb ki, ermənilər sözlərinə əməl edəcək?! Azərbaycan tarixində biz belə bir şey görməmişik.

Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov atəşkəs haqqında razılığın əldə olunmasına baxmayaraq, Ermənistan tərəfinin yenidən atəşkəsi pozmasına münasibət bildirərkən deyib.

S.Seyidov deyib ki, ermənilər həmişə hansısa sənədləri, imzaları, qanunları önə çəkib onları pozublar: "Bir şeyi yaddan çıxarmaq lazım deyil ki, bunların siyasəti qanundan, sözdən, müqavilədən, məsələdən istifadə edərək qanunu, sözü, müqaviləni pozmaqdır. Onların ideyası bundan ibarətdir".

S.Seyidov bildirib ki, Azərbaycan tərəfi sözdən, qanundan, müqavilədən istifadə edərək onları beynəlxalq səviyyədə həyata keçirmək uğrunda mübarizə aparır, Ermənistan tərəfi isə sözdən, qanundan, müqavilədən istifadə edərək onları pozmağa cəhd göstərir və daim bu istiqamətdə siyasət aparır: "Azərbaycan tərəfi xoş niyyətini, sülhsevərliyini və beynəlxalq qanunun iştirakçıları olan böyük dövlətlərin xahişini nəzərə alaraq, atəşkəs elan etdi və bu, tamamilə düzgün addım idi. İndi görürük ki, kim kimdir, kim pozucudur, kim müharibə istəyir, kim sülh istəyir. İndi erməni təbliğat maşını əlindən gələni edəcək ki, guya məhz Azərbaycan atəşkəsi pozur, məhz Azərbaycan tərəfi bizim üstümüzə silah açır. Biz təbliğatımızı bütün beynəlxalq tribunada işə salmalıyıq və ermənilərin bu yalanının qarşısını almalıyıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm