Numan Kurtulmuş: “Bütün dünya Bakıya qarşı qalxardı, əgər...”
Bizi izləyin

Nida.az

Numan Kurtulmuş: “Bütün dünya Bakıya qarşı qalxardı, əgər...”

“Dünya cəmiyyəti Qarabağ münaqişəsi məsələsində ikili standartlardan çıxış edir”.

Publika.az bu barədə Türkiyə baş nazirin müavini Numan Kurtulmuş“Anadolu” agentliyinə müsahibəsində bildirib.

“Azərbaycan torpaqlarının təcili şəkildə Ermənistan tərəfindən azad edilməsi haqqında tələblər beynəlxalq səhnədə demək olar ki, səsləndirilmir. Əgər azərbaycanlılar ermənilərin torpaqlarını işğal etsəydilər, o halda əmin olun ki, bu məsələ bir neçə il ərzində nizama salınar və bütün dünya Bakıya qarşı qalxardı. Ümid edirik ki, vəziyyətin tezliklə dəyişməsi üçün ciddi səylər göstəriləcək”, - baş nazirin müavini deyib.

O, qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və Ankara Bakının mövqeyini tamamilə dəstəkləyir.

“Dünyada heç kəs Azərbaycanı dəstəkləməsə belə, Ankara sonuna kimi Bakının yanında dayanacaq”, - Numan Kurtulmuş vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm