Xəzərin statusu razılaşdırılır
Bizi izləyin

Nida.az

Xəzərin statusu razılaşdırılır

Aprelin 5 və 6-da Bakıda Xəzəryanı ölkələrin xüsusi işçi qrupun 44-cü iclası keçirilib. İclasda Xəzərin hüquqi statusu haqqında konvensiyanın işlənib hazırlanması ətraf ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində müzakirə edilib.

AZƏRTAC-ın xəbərinə görə, toplantıda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər. İclasa sədrlik edən xarici işlər nazirinin müavini Xələf Xələfov danışıqlar prosesində irəliləyişin əldə olunduğunu bildirib.

O, deyib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının, xarici işlər nazirlərinin müntəzəm görüşləri mövqelərin əhəmiyyətli dərəcədə yaxınlaşması və konkret nəticələr əldə edilməsi üçün zəruri şərait yaradıb. Nazir müavini, göstərilən səylərin konvensiya layihəsininə dair konsensusa gəlməyə imkan verəcəyinə əminliyini ifadə edib .

Toplantıda konvensiya layihəsinin tərəflərin suverenliyi, onların Xəzər dənizində hüquqlarının və yurisdiksiyasının həyata keçirilməsi ilə bağlı müddəalar razılaşdırılıb.

Xüsusi işçi qrupun növbəti iclası İranda keçiriləcək.

Xəzərin statusu üzrə xüsusi işçi qrupu formatında danışıqlar 15 ildən çoxdur gedir. Azərbaycan, Qazaxıstan və Rusiya Xəzərin dibinin bölünməsinə dair razılığa əsasən gəliblər. İran və Türkmənistan dibin delimitasiyası metodologiyası ilə razı deyil. Tehran dənizin dibinin beş bərabər hissəyə bölünməsində təkid edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm