Ermənistan Qarabağa 400 PKK, 150 İŞİD terrorçusu göndərib – ŞOK FAKTLAR
Bizi izləyin

Nida.az

Ermənistan Qarabağa 400 PKK, 150 İŞİD terrorçusu göndərib – ŞOK FAKTLAR

Aprelin 1-dən 2-nə keçən gecə cəbhədə Ermənistan təxribatı nəticəsində başlanan döyüşlərdən bir neçə həftə öncə PKK terror təşkilatı 400 nəfər döyüşçüsünü düşmən ölkəyə göndərib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumatda qeyd edilir ki, PKK erməni dostlarına yaxından yardım etmək üçün 400 nəfər könüllüsünü bu ölkəyə göndərib: “Sözügedən PKK dəstəsi Suriyanın Qəndil və Qamışlı bölgələrində vuruşub. Azərbaycanla Ermənistan arasında başlayan hərbi əməliyyatlardan öncə PKK terrorçuları Ağrıdan Ermənistana keçərək, Göyçə gölü bölgəsində onlar üçün ayrılan Vardenes düşərgəsinə yollanıb. Daha sonra isə Azərbaycanın Füzuli-Tərtər rayonları istiqamətində döyüşlər başlayan zaman həmin PKK dəstələri Qarabağa gətirilib”.

Publika.az-ın əldə etdiyi digər məlumata görə isə, Kürdüstan Toplum Birliyi (KCK) İdarə Heyəti rəhbəri əvəzi vəzifəsini icra edən Bese Hozat hazırda rəsmi İrəvan ilə sıx əlaqələr saxlayır. Türkiyənin Tunceli vilayətində doğulan kürd qadın terrorçu Bese Hozat hazırda PKK-nın Ermənistandakı dəstəsinə tapşırıqlar verir.

Bundan əlavə, Ermənistan hökuməti Azərbaycana qarşı vuruşmaq üçün erməni əsilli 150 İŞİD döyüşçüsü və PKK-nın Suriyadakı qanadı sayılan PYD terrorçularının onlarla üzvü gizli formada Qarabağa gətirilib. Suriyanın Hələb və Xasake bölgəsində vuruşmuş sözügedən İŞİD və PYD terrorçuları Azərbaycanın işğal edilən Laçin, Şuşa və Kəlbəcər rayonlarına dağıdılaraq, oradan da Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarındakı cəbhə xəttinə göndərilib. Qarabağa gətirilən PKK və İŞİD terrorçuları arasında peşəkar bomba hazırlayan mütəxəssislər də var.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm