“Bloomberg”: “Ermənistan geri çəkilməyə məcbur ediləcək”
Bizi izləyin

Nida.az

“Bloomberg”: “Ermənistan geri çəkilməyə məcbur ediləcək”

“Ermənistan və Azərbaycan dörd günlük müharibədən sonra atəşkəs elan etdi. Lakin bu döyüşlər sübut etdi ki, post-sovet məkanındakı dondurulmuş münaqişələr əslində dondurulmuş deyil”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Bloomberg” nəşrinin təhlilində deyilir.

Nəşr qeyd edir ki, Dağlıq Qarabağda müharibə istənilən an alovlana bilər: “1988-ci ildə başlanan münaqişə 1994-cü ildə atəşkəslə dayandı. Bu müddət ərzində Ermənistan Rusiya qoşunlarının köməyi ilə qalib gəldi və bir milyona qədər azərbaycanlı öz evlərindən qovuldu. Atəşkəs ara-sıra toqquşmalarla 20 ildən artıq davam etdi və bir şənbə günü münaqişə qəfil alovlandı. Burada Azərbaycanın cəsarəti xüsusilə diqqət çəkir”.

“Bloomberg” qeyd edir ki, Türkiyə bu gün Azərbaycana bütün dəstəyi verir: “Ərdoğan “sona kimi Azərbaycanın yanındayıq” sözünü verdi və bu təkcə sözlə bitmir. Ermənistan isə Rusiyanın yaxın müttəfiqidir. Amma çox maraqlıdır ki, Putin Ərdoğan kimi danışmadı və Ermənistanı açıq dəstəkləmədi. Əksinə, o, atəşi dayandırmaqla bağlı çağırış etdi. Azərbaycan üstünlüyü ələ alsa da, atəşin dayandırılmasına razı oldu. Bakının Moskva ilə iqtisadi əlaqələri zəifləyib, o daha çox ABŞ və Avropa Birliyinin aparıcı ölkələri ilə ticarət edir. Amma Rusiya Azərbaycan üçün hər zaman acıqlı düşmən ola bilər. Hazırda rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinə ümid edir və inanır ki, Ermənistan geri çəkilməyə məcbur ediləcək. Ümumi proses hazırda Azərbaycanın əlinin daha güclü olduğunu da göstərir”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm