Həmsədrlər Qarabağa gəlir
Bizi izləyin

Nida.az

Həmsədrlər Qarabağa gəlir

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa Respublikası) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bu gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edəcəklər.

Publika.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində məlumat verib.

Daha sonra Ceyms Uorlik qeyd edib: “Bu gün ATƏT-in Minski qrupu həmsədrləri ilə birlikdə Dağlıq Qarabağa gedəcəyik, oradakı tanınmamış rejimlə görüşəcəyik. Çünki real vəziyyəti şəxsən görmək vacib məsələdir”.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 6-da Azərbaycana səfərə gəlib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm