Nida.az
Azərbaycan, Rusiya, İran XİN rəhbərləri kommünike qəbul etdi
Bakıda Azərbaycan, Rusiya, İran XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə kommünike qəbul edilib.
Tərəflər qarşılıqlı hörmət, tərəfdaşlıq və bir-birinin daxili işinə qarışmamaq prinispi əsasında gələcəkdə əməkdaşlığı davam etdirməkdə razılığa gəliblər.
XİN rəhbərləri BMT-nin nizamnaməsində əks olunmuş beynəlxalq hüququn prinsip və normalarına əməl edilməsinə sadiqliklərini təsdiq ediblər. Bu kontekstdə regionda münaqişələrin həllinə sadiqlik də təsdiq olunub.
Azərbaycan, Rusiya, İran XİN rəhbərləri regionun sabitliyinə və təhlükəsizliyinə təhlükə törədən yeni çağırışlara qarşı mübarizənin gücləndirilməsini qeyd ediblər.
İqtisadiyyat, energetika, nəqliyyat, mədəniyyət və turizm məsələlərində üçtərəfli formatda əməkdaşlığın inkişafına sadiqlik təsdiq edilib. (Trend)
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO