İNANILMAZ ETİRAF: “Sarkisyan bizi aldadır, ordumuz ağır məğlubiyyət aldı”
Bizi izləyin

Nida.az

İNANILMAZ ETİRAF: “Sarkisyan bizi aldadır, ordumuz ağır məğlubiyyət aldı”

“Ermənistan prezidenti, Ali Baş Komandan Serj Sarkisyan istefa verməyə məcburdur. Ordumuz ağır məğlubiyyət aldı və rəqib uzun illərdir möhkəmləndiyimiz strateji əhəmiyyətli yüksəklikləri tutdu”.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan-Ermənistan təmas xəttində baş verən son qarşıdurmaları şərh edən “armenianreport.com” saytı yazıb.

“Bizi aldatmağa davam edirlər ki, strateji əhəmiyyətli yüksəkliklər qaytarılıb. Onlar itkilərin həqiqi sayını gizlədirlər, hərçənd həqiqəti gizlətmək mümkün deyil. Xüsusən, hökmdarlarımız bizi həmişə inandırırdı ki, rəqibin təhdidləri boş səsdir. Onlar bizi aldadırdılar ki, Rusiya Azərbaycanın açıq hücumlarına imkan verməyəcək”, - sayt yazıb.

Yazıda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik son bəyanatı “çox təhlükəli” adlandırılıb: “Amerikalı həmsədr bildirdi ki, münaqişənin həlli üçün Ermənistanın qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı və torpaqlar Bakıya qaytarılmalıdır. Bu isə onu göstərir ki, ərazilərin taleyi haqqında ABŞ və Rusiya səhnə arxasında razılaşır. Əfsuslar olsun ki, Ermənistan hakimiyyəti hadisələrin bu cür təhlükəli gedişatına hazır deyil. Təhlükənin dərəcəsi artmaqda davam edir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm