Almaniyanın Qarabağ PLANI
Bizi izləyin

Nida.az

Almaniyanın Qarabağ PLANI

Azərbaycanın cəbhə xəttində həyata keçirdiyi hərbi əməliyyatlardan sonra bəzi dövlətlər münaqişənin həllində fəallıq göstərməyə başlayıb. ANS PRESS-in məlumatına görə, artıq Almaniya 7 maddəlik yeni təkliflər planı hazırlayıb.

Hazırlanan yeni planın əsas məqsədi işğal altında olan Dağlıq Qarabağ bölgəsində gərginliyin azaldılması, daimi sülhün təmin olunmasıdır.

Təkliflər barədə məlumatı Almaniyanın Xarici İşlər Nazirliyindəki mənbə yayıb. Mənbə bildirib ki, bölgədəki hazırkı status-kvo risklidir və uzunmüddətli deyil.

"Almaniyanın xarici işlər naziri ATƏT-in sədri olaraq bu mürəkkəb vəziyyətdə mümkün vasitələrdən istifadə edərək fəaliyyət göstərəcək", - deyə mənbə qeyd edib.

Bundan əvvəl də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.

Onlardan biri də 2008-ci ildə qəbul edilən Madrid prinsipləridir. Plana əsasən Ermənistan qoşunlarını Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarmalıdır. Daha sonra isə Dağlıq Qarabağın statusu barədə danışıqlar başlamalıdır.

Bundan başqa, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni plan ötən il ortaya atılmışdı. Sergey Lavrovun adı ilə bağlanılan təkliflər planına əsasən ilk məlhələdə 7 rayon Azərbaycana qaytarılmalıdır. Amma müəyyən müddətdən sonra təkliflər planı gündəmdən çıxdı. Lavrovun Bakı səfəri zamanı 7 rayonun qaytarılması məsələsini də toxunması isə həmin planın yenidən gündəmə gələcəyini deməyə əsas verir.

Həmçinin Almaniyanın irəli sürdüyü 7 maddəlik planı Serj Sarkisyanın Berlin səfərindən sonra ortaya atıldı. Almaniya kansleri Angela Merkel Serj Sarkisyanla görüşü zamanı bildirmişdi ki, rəsmi Berlin ATƏT-in hazırki sədri kimi münaqişənin həllinə tövhə vermək istəyir. Yəqin ki, təkliflərin və qarşılıqlı səfərlər yaxın müddət ərzində münaqişənin həllinə ciddi təsir edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm