Nazarbayev onları Qarabağın azad olunması prosesinə qoşur
Bizi izləyin

Nida.az

Nazarbayev onları Qarabağın azad olunması prosesinə qoşur

“Qazaxıstan Avrasiya İqtisadi İttifaqının üzvlərini Qarabağın Azərbaycana qaytarılması prosesinə cəlb edir”.

Publika.az
xəbər verir ki, bu barədə “The Diplomat” nəşri yazıb.

Nəşr qeyd edir ki, ittifaqın aprelin 8-də İrəvanda keçirilməsi nəzərdə tutulan sammiti məhz Astanın təşəbbüsü ilə təxirə salındı: “Sammit 18 aprel tarixində Moskva keçiriləcək. Bu, Qarabağ məsələsində Nursultan Nazarbayevin birinci manevri deyil”.

“The Diplomat” qeyd edir ki, Qazaxıstanla yanaşı, ittifaqın digər üzvləri də indiki məqamda İrəvanda gülümsəmək istəməzdilər: “Bu Bakıda tənqidlə qarşılanardı. Qazaxıstan bir neçə dəfə Ermənistanı özünün təmsil olunduğu ittifaqda görmək istəmədiyini açıq şəkildə ifadə etmişdi. İndi İrəvandakı sammitin ləğv olunması təşəbbüsünü də irəli sürərək, Azərbaycanla dostluğunu aydın şəkildə ifadə etdi”.

Nəşr yazır ki, Astana Ermənistanın Qarabağı azad etməsində Bakıya yaxından dəstək verir.

“Bu, qarşıdakı dönəmdə İrəvanın vəziyyətini daha da kritikləşdirir. Güman ki, Nazarbayev ittifaqın digər üzvlərini də bu prosesə cəlb edəcək”, - deyə məqalədə bildirilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm