Kremlə yaxın politoloq: “Putin Sarkisyanı rayonları qaytarmağa inandırmalıdır”
Bizi izləyin

Nida.az

Kremlə yaxın politoloq: “Putin Sarkisyanı rayonları qaytarmağa inandırmalıdır”

“Ermənistanı ilkin mərhələdə ən azı 5 rayonu qaytarmağa inandırmaq lazımdır”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya İctimai Palatasının üzvü, Kremlə yaxın politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda münaqişə sabitləşmə mərhələsinə daxil oldu: “Amma hərbi toqquşmalar bir sıra mühüm məsələləri ön plana çıxardı. 1. Regionda Azərbaycan və Ermənistan tərəfləri münaqişə zonasında üzbəüz dayanıb və münaqişə faktiki olaraq dondurulmayıb. 2. Amma danışıqlar prosesi dondurulmuşdu. 3. ATƏT-in Minsk qrupu bütün bu illər ərzində passiv mövqe tutub. Bu Ermənistana sərfəlidir, amma Azərbaycana yox. Toqquşmalar isə münaqişə ətrafındakı mövcud situasiyanı dəyişdi”.

Rusiyalı politoloq qeyd edib ki, Vladimir Putin başda olmaqla Dmitri Medvedyev və Sergey Lavrov döyüşlərin dayandırılmasında mühüm rol oynadı: “İndi onlar Ermənistan prezidentini Dağlıq Qarabağ ətrafında 5 rayonu Azərbaycana qaytarmağa inandırmalıdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm