Putin Nazarbayevlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi
Bizi izləyin

Nida.az

Putin Nazarbayevlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Rusiyanın vasitəçilik addımları müzakirə edilib.

“Prezidentlərin telefon söhbətində Dağlıq Qarabağ ətrafında baş verən hadisələrin inkişafı haqqında fikir mübadiləsi aparılıb. Vladimir Putin Rusiya tərəfindən təşəbbüs etdiyi vasitəçilik addımları barədə Nursultan Nazarbayevi məlumatlandırıb”, - xəbərdə deyilir.

Bundan başqa, tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm